waplog

“QLED” televizorlarına tələbat artacaq


Bu il televizorlar bazarında kvant pikselli (QLED TV) ekranlarla təchiz edilən modellərin satışında artım gözlənilir. “QLED” televizorlarına tələbatın artması ekran sahəsinin iştirakçılarına və elektronika istehsalçılarına müsbət təsir göstərəcək. “KB Securities” şirkətinin mütəxəssisləri belə düşünür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, şirkətin analitiki Kim Donq-vonun proqnozuna görə, bu il “QLED” televizorlarının tədarükü əvvəl nəzərdə tutulduğundan yüksək olacaq. Onun qiymətləndirməsinə görə, 2019-cu ildə dünya bazarına təxminən 5,1 milyon “QLED” televizor çıxarılacaq ki, bu da ötənilki göstəricidən 88 faiz çoxdur.
 
Bundan başqa, “QLED TV” tədarük həcminə görə “OLED” modelləri xeyli üstələyəcək: “OLED” televizorların tədarükü 3,4 milyon ədəd səviyyəsində proqnozlaşdırılır. Həmçinin qeyd olunur ki, “QLED” televizorları 2018-ci ilin üçüncü rübündən rəqib “OLED” ekranlı qurğuları geridə qoyur.
 
Analitikin sözlərinə görə, “QLED” televizorlarının satışı bu qurğuların geniş çeşidini təmin edən və qiymətləri ucuzlaşdırmaqla onlara tələbatı stimullaşdıran “Samsung Electronics” şirkəti sayəsində artır.
 
Kim Donq-vonun fikrincə, “QLED” televizorlarının populyarlığı “Samsung Display”, “Samsung SDI” şirkətlərinə və “Hansol Chemical” və “Hansol Technics” kimi elektronika komponentləri istehsalçılarının maliyyə göstəricilərini yaxşılaşdırmağa imkan verəcək.
 
Qeyd edək ki, “QLED” əvvəllər “Quantum Dot” adlanan “Samsung” televizor istehsalı xəttinin adıdır. Bu abreviatura “OLED” – üzvi işıq diodlar texnologiyasına uyğun yaradılıb.
 
“Samsung” şirkəti tərəfindən kvant piksellər texnologiyası (QD) əsasında hazırlanan ekranlar ənənəvi maye-kristal (LCD) panellərdən yüksək kontrastlığı, az enerji sərf etməsi və rəngləri daha yaxşı ötürməsi ilə seçilir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, tərkibində kadmium olmayan ekoloji baxımdan təmiz materiallar texnologiyasından istifadə olunur.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL