waplog

ABŞ-ın “Caspian Policy Center” təşkilatının nümayəndələri İnnovasiyalar Agentliyində olublar


ABŞ-ın "Caspian Policy Center" təşkilatının nümayəndələri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyində görüş keçirilib.
 
Əvvəlcə qonaqlara agentliyin fəaliyyəti, həyata keçiriləcək tədbirlər və planlar barədə ətraflı məlumat verilib, Azərbaycanda yüksək texnologiyaların inkişafına dair görülən işlərdən  bəhs olunub.
 
Görüşdə "COMmercialize startUP – ComUP" proqramına əsasən, müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan startaplarının innovativ xidmətlərinin kommersiyalaşdırılması, onların dövlət qurumları, transmilli və beynəlxalq şirkətlər ilə işgüzar tərəfdaşlıq qurması müzakirə olunub. Bu məqsədlə "Caspian Policy Center"-nin direktoru Efqan Nifti, İdarə Heyətinin üzvü, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı keçmiş səfiri Robert Sekutaya və kontr-admiral Ron Maklarena  İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin aidiyyəti startap layihələrinin təqdimatları nümayiş olunub.
 
Görüşün sonunda İnnovasiyalar Agentliyinin əməkdaşları və analitika mərkəzinin nümayəndələri arasında gələcək əməkdaşlıq perspektivləri və ölkəmizdə startap ekosisteminin inkişafına dair görülə biləcək işlər müzakirə edilib.


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL