waplog

“Hisense” televizorları üçün süni intellekt çiplərinin hazırlanmasına 72 milyon dollar ayrılacaq


Çinin "Hisense Group" elektronika istehsalçısı süni intellektlə iş üçün çiplər sahəsində elmi tədqiqat və işləmələri aktivləşdirmək niyyətindədir. "Hisense" televizorlarında süni intellekt texnologiyalarının tətbiqinin şirkətə televizor bazarında fərqlənməyə kömək edəcəyi ehtimal olunur.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm www.dailycomm.ru" resursuna istinadən yazır ki, "Hisense Group" konsorsiumunun iştirakçıları, o cümlədən televizor, soyuducu və paltaryuyan maşınların istehsalında ixtisaslaşan "Hisense Electric" bölməsi elmi tədqiqat və təcrübi-konstruktor işləri (R&D) ilə məşğul olacaq ayrıca şirkətin yaradılmasına 500 milyon yuan (72,7 milyon dollar) ayıracaq.  
 
Yeni "R&D" bölməsi televizorlara qabaqcıl funksiyalar əlavə etməyə, o cümlədən digər qurğularla əlaqə yaratmağa imkan verəcək təsvirin emalı prosessorları və süni intellekt çipləri üzərində çalışacaq.
 
Bundan başqa, 2018-ci ildə Yaponiyanın "Toshiba" şirkətinin televizor bölməsini 113,6 milyon dollara satın alan "Hisense Electric" yüksək dəqiqlikli təsvirin emalı üçün xüsusi proqram təminatı hazırlayır.
 
"IHS Markit" tədqiqat şirkətinin məlumatına görə, "Hisense" şirkəti 2018-ci ilin yekunları üzrə dünyada dördüncü televizor istehsalçısı olub, şirkətin bazar payı isə 7 faizdən çox qiymətləndirilib.
 
"TrendForce" analitik şirkətinin hesablamasına görə, cari ilin yanvar-martında Çin istehsalçısı qlobal bazara 3 milyondan çox televizor tədarük edib.
 
Nizam Nuriyev


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL