waplog

“Fujitsu” şirkəti “Stylistic Q509” hibrid planşetini təqdim edib


Yaponiyanın “Fujitsu” korporasiyası “Stylistic Q509” planşet kompüterini təqdim edib. Sözügedən aparat hibriddir, yəni noutbuk kimi istifadə edilə bilər, həmçinin yüksək müdafiə sisteminə malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hərbi standartlara uyğun, su və toza qarşı davamlı korpusa malik qurğunu ağır iş şəraitində istifadə etmək olar. İstehsalçı planşet kompüteri ekstremal vəziyyətlərdə istifadə etmək üçün xüsusi qayışa malik çexol təklif edir.
 
Yeni planşet kompüteri 1,1 QHs takt tezlikli 4 nüvəli “Intel Celereon”  prosessoru ilə təchiz edilib. Proqram hissəsi “Windows 10 Pro” əməliyyat sistemi üçün işlənib hazırlanıb.
 
Aparat, həmçinin 8 QB-lıq əməli yaddaş, 256 QB-dək sərtgövdəli daşıyıcı, “microSD” slotu, “USB 3.1” və “USB Type-C” portları ilə təchiz edilib.
 
“Wi-Fi 802.11ac”, “Bluetooth 4.0”, “LTE” və “GPS” simsiz kommunikasiyalar texnologiyası dəstəklənir. 10,6 düymlük sensor ekran 1920 x 1200 piksel təsvir ölçüsünə malikdir.
 
Birləşdirici stansiya daxili LAN konnektoru və enerji doldurmaq üçün konnektorla təchiz edilib. 1 saat ərzində qurğunu 80%-dək enerji ilə doldurmaq mümkündür.
 
“Fujitsu Stylistic Q509” modeli artıq satışa çıxarılıb.
 
Emil Hüseynov

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL