waplog

Yeni “Samsung” neyroşəbəkə prosessoru 8 dəfə sürətli işləyəcək


"Samsung" şirkətinin yeni çiplərin hazırlanması, sınağı və istehsalında ixtisaslaşan bölməsi süni intellektin işini təmin edən alqoritmlərdə irəliləyişə nail olub. Çoxsaylı yeniliklər sayəsində şirkətin çipləri məhsuldarlığa görə 32 nüvəli mövcud server neyron şəbəkə prosessorlarını (NPU) 8 dəfə üstələyəcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, Cənubi Koreya şirkətinin texnologiyası böyük perspektivlər vəd edir. "Quantification1 Interval Learning" (QIL) adlanan yeni "NPU" məlumatları 4 bitdən ibarət qruplara bölərək onların tanınma dəqiqliyini qoruyur. Bütün hesablamalar "bulud" serverinə göndərilmədən qurğunun daxilində baş verir. Texnologiya 4 dəfə az yaddaş tutumuna malikdir və analoqlarından 8 dəfə sürətli işləyir.
 
"QIL" neyroşəbəkə prosessoru hesablama və tranzistorların sayını 120 dəfəyədək azaltmağa imkan verir. Prosessorda dərin təlim alqoritminin emalı metodu mövcud həllərdəkindən daha sürətli və enerji baxımından daha səmərəlidir. Hesablamaların optimallaşdırılması və çiplərin sadələşdirilməsi isə barmaq izi skaneri vasitəsilə blokdan çıxarma kimi funksiyaları dəfələrlə sürətləndirməyə imkan verir.
 
 
Bundan başqa, "bulud" hesablamalarından imtina və qurğuda süni intellektin mövcudluğu məlumatların maksimum stabil emalını təmin edəcək. Məsələn, "Tesla" avtopilot sistemlərində məlumatların "bulud" serverlərinə göndərilməsi zamanı istənilən yubanma faciə ilə nəticələnə bilər.
 
Nizam Nuriyev


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL