waplog

“Dual-Image” texnologiyasını dəstəkləyən ilk televizorlar nümayiş olunub


"Hisense" şirkəti dünyada ilk dəfə "Dual-Image" texnologiyası əsasında hazırlanan "U9e" seriyalı televizorlar nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, qurğuların ekranı ənənəvi rəngli "LCD" və əlavə monoxrom displey birləşməsindən ibarətdir. "BD Cell" adlanan həllin hazırlanmasında Çinin "BOE" şirkətinin mütəxəssisləri iştirak ediblər.  
 
Bildirilir ki, tətbiq edilən texnologiya adi maye-kristal panellərlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, "Hisense U9e" modelində kontrastlıq nisbəti 150 000:1 təşkil edir ki, bu da yüksək göstərici hesab edilir.
 
Təsvirin keyfiyyətinə görə yeni televizorlar üzvi işıq diodlu (OLED) panellərlə müqayisə olunsa da, qiyməti ucuzdur. Bundan əlavə, rəngvermə yüksək səviyyədədir.
 
Hazırda "Hisense U9e" seriyasında 55, 65 və 75 düym diaqonallı 3 model təqdim olunub. Modellərin təsvir ölçüsü barədə məlumat verilməsə də, onların "4K" formatlı olması ehtimal edilir.
 
Bu il satışa yalnız qiyməti 2600 dollar təşkil edən 65 düym diaqonallı versiyanın çıxarılması planlaşdırılır. Digər iki modelin isə 2020-ci ildə satışa çıxarılacağı gözlənilir.
 
Nizam Nuriyev


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL