waplog

“Ağıllı” şüşə smartfonlarda sifətin tanınması datçiklərini əvəz edəcək


Sifətin tanınması texnologiyaları cihaz sahibinin eyniləşdirilməsi üçün əlverişli üsuldur, amma qurğunun batareyasını tez boşaldır. Amerikalı mütəxəssislərin yeni texnologiyası simvol və obyektləri olduqca orijinal üsulla “tanımağa” kömək edəcək, həm də enerji tələb etmir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Viskonsin Universitetinin alimləri kamera, sensor və neyron şəbəkələrinin imkanlarını şüşə örtükdə birləşdirən "analoq"  texnologiya hazırlayıblar. Sözügedən texnologiya rəqəmli informasiyanın işlənməsi üçün enerji təchizatı və prosessor tələb etmir. Şüşənin müəyyən hissələrində yerləşdirilmiş kiçik qabarcıq və qeyri-şəffaf elementlərin çiləmələri bir təsviri başqasından ayırmaq üçün işığın istiqamətini dəyişdirir.
 
Mütəxəssislərin sözlərinə görə, yeni texnologiya əsasında hazırlanmış biometrik qıfıl internetə girişsiz və ya elektron yaddaşsız min il işləyə bilər.
 
Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL