waplog

“Xbox” oyun konsolunun 10 yaşı tamam olub


“Microsoft” korporasiyasının ilk oyun konsolu 10 il əvvəl, 2001-ci il noyabr ayının 15-də yaradılıb. “Xbox” oyun konsolu “Microsoft DirectX” komandasının tədqiqat işinin nəticəsi idi.

Tədqiqat komandasına Kevin Bahus, Şeymas Blekli və Ed Fraes daxil idilər. Oyun konsolu ilk dəfə “Microsoft”un icraçı direktoru Bill Qeyts tərəfindən hələ 2000-ci ildə “GDC” oyun tərtibatçılarının konfransı zamanı təqdim edilib.

2006-cı il may ayının 10-u tarixinə olan məlumata əsasən, “Microsoft” korporasiyası 24 milyon “Xbox” oyun konsolu satıb. Onların 16 milyonu ABŞ, 6 milyonu Avropa və 2 milyonu Asiyada satılıb.

2006-cı ilin sonunda “Xbox” oyun konsolunun dəstəklənməsi dayandırılıb: “Microsoft” korporasiyası diqqətini daha müvəffəqiyyətli “varis” olan – “Xbox 360” konsoluna cəmləyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL