waplog

“Apple”ın 4 milyondan çox kompüterində veb kameralar təhlükə qarşısındadır


"Zoom" şirkətinin video konfranslar üçün proqramında aşkar edilmiş boşluq hakerlərə "Apple"ın kompüterlərinin veb-kameralarına müdaxilə etməyə imkan verir. Bu problem haqda informasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssis Conatan Leytşuç məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, sözügedən problem "Zoom" proqramında iştirakçılara brauzerdə göndərilmiş dəvətə klik etməklə video konfransa qoşulmağa imkan verən funksiyalardan biri ilə bağlıdır.
 
"Zoom" şirkəti boşluğa reaksiya versə də, ancaq problem tamamilə aradan qaldırılmayıb. Buna görə 4 milyondan çox "Mac" istifadəçisi təhlükə qarşısındadır, Conatan Leytşuç xəbərdarlıq edib. Bundan başqa, bu boşluq DDoS hücumların təşkilində istifadə edilə bilər.
 
Ekspert sazlamalara daxil olub "Konfransa qoşulmadan sonra mənim videomu söndürmək" bəndini seçməklə istifadəçilərə bu problemi müstəqil şəkildə aradan qaldırmağı tövsiyə edir.
 
Emil Hüseynov

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL