waplog

Bu Avropa dövləti tamamilə “5G”-dən istifadəyə keçib


Monako "5G" rabitə şəbəkəsi ilə tam əhatə edilmiş ilk Avropa dövlətidir. Həmçinin Monako Avropada ilk dəfə "5G" şəbəkəsinin infrastruktur nüvəsi üçün "Huawei" avadanlığından istifadə edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, sözügedən şəbəkənin istifadəyə verilməsi ABŞ-ın Çinin "Huawei" şirkətinə qarşı sərt sanksiyalar tətbiqi və digər ölkələrin yeni nəsil şəbəkələrinin işə salınması vaxtı Çin avadanlığından imtina etməyə səsləməsi ilə eyni vaxta düşür.
 
"Monaco Telecom" operatoru "Huawei" şirkəti ilə razılaşmanı hələ sentyabrda imzalamışdı. Böyük Britaniya, həmçinin "Huawei"nin avadanlığından istifadəyə hazırlaşır. Almaniya hökuməti hələ qəti qərara gələ bilməyib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL