waplog

2,5 QHz takt tezlikli smartfon


“Engadget” saytı “HTC” şirkətinin “Zeta” kod adı ilə olan smartfonunun elan edilməmiş təsvirini dərc edib. Qurğunun 2,5 QHz takt tezlikli dördnüvəli “Qualcomm APQ8064” prosessoruna əsaslandığı iddia edilir. Yenilik “HTC Sense 4.0” interfeysli “Android 4.0” əməliyyat sistemi ilə işləyir.

Digər texniki xüsusiyyətlər arasında 1 QB əməli yaddaş, 4,5 düymlü “HD” kəskinlikli ekran, 32 QB tutumlu daşıyıcı və 2 kamera olacağı bildirilir. “HTC Zeta” smartfonu “Bluetooth 4.0” modulu, 1830 mA/saat tutumunda akkumulyator və “Beats Audio” qulaqcıqlarına malikdir. Smartfonun ölçüləri 110x61x9,8 mm təşkil edir, çəkisi isə 146 qramdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL