waplog

İstənilən kompüteri sıradan çıxara bilən fayl hazırlanıb


Proqramçı Devid Fifild 46 mb arxivləşdirilmiş paketdən 4,5 petabaytlıq fayllara açılan fayl hazırlayıb. Bu fayl istənilən kompüteri sıradan çıxarmağa imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, belə arxivin açılması prosesi prosessoru çox yükləyir. Bu zaman kompüter "donacaq", çox qızacaq və sönəcək.
 
Proqramçının sözlərinə görə, o, faylların 28 milyon dəfə sıxılmasına nail olub.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL