waplog

Avropada “Amazon” şirkəti ilə bağlı təhqiqat aparılır


Avropa Komissiyası “Amazon” şirkəti ilə bağlı antiinhisar təhqiqatına başlayıb. Tənzimləyici orqan internet nəhənginin “Amazon.com” saytından istifadə edən kənar satıcıların məlumatlarından necə istifadə etməsi ilə maraqlanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, Avropa Komissiyası ilkin araşdırmalara 2018-ci ilin sentyabrında başlayaraq “Amazon” şirkəti ilə əməkdaşlıq edən satıcı və istehsalçıları sorğu-sual edib. Əsas problem ondan ibarətdir ki, şirkət saytda müxtəlif mağazaların elanlarını yerləşdirir və eyni zamanda satış məqsədilə onların məlumatlarından istifadə edərək rəqabət aparır.

 

“Müstəqil satıcılar üçün platformasını təqdim edən “Amazon” daim orada aktivlik haqqında məlumat toplayır. İlkin məlumatlara əsaslanan Avropa Komissiyası hesab edir ki, “Amazon” platforma çərçivəsində satıcılar, onların məhsulları və sövdələşmələr barədə rəqabətə təsir edə biləcək informasiyadan istifadə edir”, – tənzimləyici orqanın məlumatında qeyd olunur.

 

Avropa Komissiyasının rəqabət məsələləri üzrə komissarı Marqret Vestagerin sözlərinə görə, istehlakçılar internetdə daha çox alış-veriş edərək pərakəndə rəqabətin artmasına, daha yaxşı seçim və əlverişli qiymətlərin təklif edilməsinə kömək edirlər.

 

“Biz böyük internet platformalarının bu üstünlükləri aradan qaldırmasına imkan verməməliyik”, – M.Vestager vurğulayıb.

 

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL