waplog

Xəstəliklərin səbəbini aradan qaldırmaq üçün robot hazırlanıb


Miniatür qurğu kənar hərəkətin (məsələn, ultrasəs) hesabına hərəkətə gəlir. Gələcəkdə belə robotlar orqanizmin vəziyyətini izləyəcək və dərmanları lazımi yerlərə dəqiq çatdıracaqlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, bəşəriyyət çoxdan bəri insanın bədəninə daxil olaraq xəstəliklərin səbəbini aradan qaldıran miniatür robotlar hazırlamağı arzulayır. Yeni texnologiyalar bu ideyanı reallaşdırmağa imkan verir, ancaq bir sıra maneələri (məsələn, tibbi nanorobotlar üçün müvafiq enerji mənbəyi seçmək kimi) dəf etmək lazımdır.

 

Corciya Texnologiya Universitetinin alimlər komandası bu problemi həll edə biliblər. Alimlər tərəfindən hazırlanmış kiçikölçülü robotlar vibrasiya sayəsində hərəkət edirlər.

 

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL