waplog

“Nokia” şirkəti “Nokia Lumia 800” smartfonunun satışına başlayıb


Dünən Avropada “Windows Phone 7.5” əməliyyat sistemi ilə işləyən “Nokia Lumia 800” smartfonunun satışları başlanıb. Hələ ki yalnız xidmət paketi ilə olan operator versiyalarını əldə etmək mümkündür. Operatorla əlaqəsi olmayan “Nokia Lumia 800” versiyaları 2012-ci ilin əvvəlində satışa çıxarılacaq.

“Nokia Lumia 800” smartfonu 3,7 düymlü 480x800 piksel kəskinlikli “AMOLED” ekran, 1.4 QHz takt tezlikli “Qualcomm MSM8255” prosessoru, 512 MB əməli yaddaş və 16 QB daxili yaddaş, “Carl Zeiss” optikası ilə 8 meqapiksel kamera, “Wi-Fi”, “Bluetooth” və “GPS” modulları ilə təchiz edilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL