waplog

“Biliklərə əsaslanan cəmiyyətdə müəllimlərin peşəkarlığı: siyasət, pedaqogika, social təcrübə”


1-2 dekabr 2011-ci il tarixlərində Bakıda YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun təşəbbüsü, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin dəstəyi ilə “Biliklərə əsaslanan cəmiyyətdə müəllimlərin peşəkarlığı: siyasət, pedaqogika, social təcrübə”mövzusunda beynəlxalq konfransın və “Müəllimlərin İKT-kompetensiyası standartlarının işlənməsi üzrə milli siyasətin formalaşdırılması” mövzularında seminarın keçirilməsi planlaşdırılır.

Seminarda İKT-nin tətbiqi ilə müasir təhsil modelinin formalaşması, müəllimlərin yeni texnologiyalardan istifadəsi və bu istiqamətdə elektron təhsilin formalaşması istiqamətində həyata keçirilən layihələrdən və qazanılan nailiyyətlərdən söhbət açılacaq.

Bundan başqa seminarda müasir pedaqogika üsullarının tətbiqi ilə şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, sosial təcrübəsinin daha da artırılması müzakirə edilən məsələlər sırasında olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL