waplog

2020-ci ildə 200 milyonadək “5G” smartfon istehsal ediləcək


2020-ci ildə "5G" şəbəkələrini dəstəkləyən smartfonların tədarük həcmi 150-200 milyon təşkil edəcək ki, bu da dünya smartfon bazarının 10%-ni təşkil edəcək. Tayvanın "DigiTimes" informasiya portalına istinad edən sahə analitikləri belə proqnoz veriblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Gartner"in analitiklərinin gözləntisinə görə, 2023-cü ilədək smartfon satışının 51%-i "5G" modellərin payına düşəcək. 2019-cu ilin birinci yarısında bir neçə istehsalçının belə aparat təqdim etməsinə baxmayaraq, həmin aparatların qiyməti bahadır.
 
2020-ci ildə mağazalarda beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən daha ucuz qurğular əlçatan olmalıdır, çünki məhz belə məhsullar satıcılar tərəfindən bazarda azalan tələbatı aradan qaldırmaq üçün alətlərdən biri kimi nəzərdən keçirilir.
 
Bundan əvvəl "5G" şəbəkələr 2019-cu ildə ABŞ, Cənubi Koreya, İsveçrə, Finlandiya və Böyük Britaniyanın bəzi şəhərlərində istifadəyə verilib.
Operatorlara sözügedən texnologiyanı böyük şəhərlərdən kənarda tətbiq etmək üçün vaxt lazım olacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL