waplog

Sərt disk bazarı "özünə gəlir"


Taylandda baş vermiş daşqın zamanı “Seagate” şirkətinin bəxti gətirib. Belə ki, “Seagate” şirkətinin Taylanddakı nümayəndəsi Ceffri Niqaardanın sözlərinə əsasən, şirkətin Banqokdakı zavodu su altında qalmayıb.

“Lakin “Seagate” şirkəti neqativ nəticələrdən yaxa qurtara biməyəcək, çünki bütün sərt disk bazarı zərər görüb”- bu barədə “Seagate” şirkətinin prezidenti, Direktorlar şurasının sədri Stiv Luso bildirib. “Seagate” şirkətinin Taylanddakı fabrikdə istehsal edilən hər onuncu vinçesteri təbii hadisədən zərərçəkmiş şirkətlər tərəfindən tədarük olunan komponentlərdən ibarətdir.

“Uoll Strit” şirkətinin bəzi analitikləri bildiriblər ki, istehsal tam olaraq 2012-ci ilin yayına bərpa ediləcək. Luso bununla tam olaraq razı deyil: "Bu, daha çox vaxt alacaq"

. Sərt disklərin orta qiymətləri artıq 20% artıb və ekspertlər bildirirlər ki, bu, hələ son hədd deyil. 2011-ci ilin son rübünün nəticəsinə əsasən 50 milyon daşıyıcı istehsal olunacaq, lakin tələbat 180 milyondan yuxarı təşkil edəcək.

"Tədarükdəki problemləri nəzərə alaraq, tələbat təklifi ən azı 2011-ci ilin dekabrına qədər əhəmiyyətli dərəcədə ötəcək" – bundan əvvəl rəsmi olaraq “Seagate” şirkətindən bildiriblər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL