waplog

“Snapdragon” prosessorlarının idarəetməsi altında işləyən smartfonlar təhlükədədir


“Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlarda tez-tez istifadəçinin fərdi məlumatlarına müdaxilə etməyə imkan verən boşluqlar aşkar edilir. Bu məqsədlə əksər hallarda virusa yoluxdurulmuş proqramlardan istifadə olunur. Çinin “Tencent” şirkətinin təhlükəsizlik sahəsi üzrə mütəxəssisləri “Snapdragon” prosessorlarında “Wi-Fi” üzərindən istənilən qurğuya müdaxilə etməyə imkan verən kritik boşluq aşkar ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Tencent Blade”in əməkdaşları Las-Veqasda keçirilmiş “Black Hat” kibertəhlükəsizlik tədbirində “Qualcomm Snapdragon” prosessorlarının idarəetməsi altında işləyən bütün qurğulara müdaxiləni nümayiş etdiriblər. “QualPwn” adlandırılmış iki boşluq istifadəçilərin fərdi məlumatlarına tam müdaxiləyə imkan verir.

 

“Qualcomm” şirkətinin rəsmisi bildirib ki, artıq hər iki boşluğu aradan qaldıran təhlükəsizlik yeniləməsi çıxarılıb.

 

“Android” sistemi üçün 2019-cu ilin avqustunda çıxarılmış təhlükəsizlik yenilənməsi nəticəsində “QualPwn” boşluğu aradan qaldırılıb. Mütəxəssislər istifadəçilərə bu yeniləməni mümkün qədər tez quraşdırmağı tövsiyə edirlər.

 

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL