waplog

“Windows” sisteminin idarəetməsi altında işləyən istənilən kompüterə müdaxilə üsulu tapılıb


"Windows" sisteminin terminal xidmətlərində cinayətkarlara qurbanın kompüterinə tam müdaxiləyə imkan verən kritik boşluqlar aşkar edilib. Sözügedən boşluqlar "Microsoft"un əməkdaşları tərəfindən tapılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, cinayətkar hücum nəticəsində sistemə istifadəçidən xəbərsiz uzaq məsafədən müdaxilə edir: haker bu məqsədlə serverə komanda verməlidir.

 

Aşkar edilmiş 2 boşluq "Windows" sisteminin bir çox versiyalarına, digər 2 boşluq isə "Windows Server" və "Windows 10" versiyalarına müdaxilə etməyə imkan verir. "Windows XP" sistemi istisna təşkil edir. Boşluqlar aradan qaldırılmadığı halda "NotPetya" və ya "WannaCry" kimi təhlükəli beynəlxalq virusların yayılmasında istifadə edilə bilər.

 

"Microsoft"un ekspertləri bütün istifadəçilərə korporasiya tərəfindən təklif edilən son yeniləmələri quraşdırmağı tövsiyə ediblər.

 

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL