waplog

“Chaparral” yük dronunun uğurlu sınaqları keçirilib


ABŞ-da ağır yüklərin daşınması üçün "Chaparral" adlı pilotsuz uçan aparatın ilk sınaq uçuşları keçirilib.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "Regnum" resursuna istinadən yazır ki, çəkisi 225 kiloqramadək olan yüklərin daşınması üçün nəzərdə tutulan dron "Elroy Air" şirkəti tərəfindən yaradılıb. Onun 2020-ci ildə kommersiya istifadəsinə verilməsi planlaşdırılır.   

Məlumata görə, pilotsuz uçan aparat təyyarə sxemi üzrə hazırlansa da, qalxma və enməni vertolyot kimi vertikal şəkildə həyata keçirir.   

Dron elektromotora malik 6 daşıyıcı vint sayəsində uçur və enir, üfiqi hərəkəti isə itələyici vint təmin edir.
Bildirilir ki, çəkisi 551 kiloqram təşkil edən aparat füzelyajın altında yerləşən yük konteyneri vasitəsilə yükləri 500 km məsafəyədək çatdıra bilir.     

Mütəxəssislərin sözlərinə görə, "Chaparral" dronu həm kommersiya, həm də hərbi yükləri daşımaq imkanına malikdir. Bundan başqa, onu axtarış-xilasetmə əməliyyatları üçün tətbiq etmək olar.  

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL