waplog

“Windows 10” sistemini bulud saxlanc sistemindən yenidən quraşdırmaq mümkün olacaq


“Windows 10” əməliyyat sisteminin “Insider Preview Build 18970” adlı yeni versiyasında əməliyyat sistemini bulud saxlanc sistemindən yenidən quraşdırmaq imkanı əlçatan olub. Bu haqda “Microsoft” korporasiyasının rəsmi bloqunda məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tdaily.ru” saytına istinadən yazır ki, yeni funksiya yükləmə diskləri və ya fləş daşıyıcılar olmadan sistemin yenidən quraşdırılma prosesini həyata keçirməyə imkan verəcək, ancaq internetə yüksəksürətli fasiləsiz qoşulma lazımdır.

 

Şirkətin rəsmisi bildirib ki, bulud saxlanc sistemindən yükləmə seçimi “Windows 10” sisteminin idarəetməsi altında işləyən bütün qurğularda əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL