waplog

Avqustun ən məhsuldar smartfonları məlum olub


Smartfonların testi ilə məşğul olan “AnTuTu” və “Geekbench” şirkətləri yüksək məhsuldarlığa malik buraxılan yeni qurğuların aylıq siyahısını dərc edir. Avqust reytinqinə bir neçə gün əvvəl nümayiş olunan “Redmi Note 8” və “Note 8 Pro” smartfonları da daxil olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, reytinqə görə, birinci yeri 450 040 ballıq nəticə ilə iki ekranla təchiz edilən “Nubia Z20” modeli tutub. İkinci yerdə hazırda ən ucuz “5G” smartfon hesab olunan və 449 826 bal toplayan “iQOO Pro 5G” modeli qərarlaşıb. Liderlər üçlüyünü 433 667 xal göstəricisi ilə “Samsung Galaxy Note10 5G” modeli tamamlayıb.

 

Reytinqin səkkizliyinə daxil olan bütün modellər bunlardır: “Nubia Z20 (450 040 bal), “iQOO Pro 5G” (449 826 bal), “Samsung Galaxy Note10 5G” (433 667 bal), “Samsung Galaxy Note10” (415 680 bal), “Pioneer X1” (410 137 bal), “Meizu 16s Pro” (404 099 bal), “Redmi Note 8 Pro” (235 110 bal), “Redmi Note 8” (179 892 bal).

 

“Redmi” şirkətinin hər iki modelinin qabaqcıl olmaması səbəbindən məhsuldarlığı az olub. Təxminən 200 ballıq fərqlə yeddinci yeri “MediaTek Helio G90T” prosessoru əsasında hazırlanan “Redmi Note 8 Pro”, sonuncunu isə “Snapdragon 665” platformalı “Redmi Note 8” modeli tutub.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL