waplog

2030-cu ilədək kvant hesablama sistemləri bazarının həcmi 80 dəfə artacaq


“Tractica” tədqiqat şirkəti yaxın onillikdə kvant hesablama sistemləri bazarında kəskin artım proqnozlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, 2018-ci ildə korporativ kvant hesablama sistemlərinin satışından əldə olunan gəlir 11,6 milyon dollar təşkil etdi. Gözləntilərə görə, 2030-cu ilədək sözügedən bazarda dövriyyə 9,1 milyard dollara yaxınlaşacaq. Proqnoz doğru olduğu təqdirdə növbəti onilliyin sonuna gəlir 81 dəfədən çox artacaq.

 

Mütəxəssislər izah ediblər ki, kvant hesablama sistemləri eyni anda böyük məlumat massivlərini emal və təhlil etmək, problemin ən yaxşı həlli yolunu tapmaq imkanına malikdir. Bu halda bütün əməliyyatların icrası mikrosaniyələr ərzində həyata keçirilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL