waplog

İstanbulda yerləşən kafedə robotlar müştərilərə xidmət göstərməyə başlayıblar


Türkiyənin İstanbul şəhərində yerləşən kafedə artıq ofisiantların əvəzinə robotlar müştərilərə xidmət göstərməyə başlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, hələ ki, sözügedən kafedə 3 robot-ofisiant işləyir, ancaq onların sayını 2 dəfə artırmaq planlaşdırılır. Xarici ölkədən satın alınmış həmin robotlar türkiyəli mütəxəssislər tərəfindən proqramlaşdırılıb.
 
Robot-ofisiantlar masaların nömrələnməsini bilir, danışır və çox çalışqandırlar ki, bu da müştərilərin xoşuna gəlir. Bu, Türkiyədə kafelər üçün tamamilə yeni formatdır. İndi sözügedən kafe çox populyardır,  robotlar isə vizit kartına çevrilib.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL