waplog

“Facebook” fikrin gücü ilə kompüteri idarə etməyə imkan verən proqram hazırlayan startapı satın alıb


“Facebook” şirkəti beyindən göndərilən impulsların köməyi ilə kompüterləri idarə etməyə imkan  verən proqram təminatının hazırlanması ilə məşğul olan “CTRL-Labs” startapını satın alıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, şirkətin hazırlamalarından biri beyin siqnallarını oxuyan qolbaqdır. Məsələn, belə qolbaq sahibləri klaviaturadan istifadə etmədən kompüterdə mətn çap edə biləcəklər.
 
Məlumata görə, bu texnologiya gələcəkdə smartfonlara tətbiq edilə və virtual reallıq eynəyi ilə birgə istifadə edilə bilər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL