waplog

Britaniya polisi “Facebook” və “WhatsApp”da yazışmalara giriş imkanına malik olacaq


ABŞ-ın sosial şəbəkələri (xüsusilə “Facebook” və “WhatsApp”) London və Vaşinqton arasında imzalanacaq yeni razılaşmaya uyğun olaraq istifadəçilərin şifrlənmiş mesajlarını Böyük Britaniya polisinə ötürməli olacaq. Bu haqda “Bloomberg” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, sözügedən razılaşmanın oktyabrda imzalanması planlaşdırılır. Agentliyin məlumatına görə, bu razılaşma sayəsində Britaniyanın hüquq-mühafizə orqanları xüsusilə ağır cinayətlərin istintaqı zamanı informasiya əldə edəcəklər. Bu halda ABŞ ölüm hökmü ilə cəzalandırılanlar istisna olmaqla Böyük Britaniyadan əldə edilmiş informasiyanı heç bir işdə istifadə edə bilməz.
 
Cari ilin mayında “Telegram”ın təsisçisi Pavel Durov bildirmişdi ki, “WhatsApp” messenceri heç vaxt istifadəçilər üçün təhlükəsiz olmayıb və olmayacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL