waplog

“Windows Phone Store” mağazasının fəaliyyəti nə vaxt dayandırılacaq?


“Microsoft” korporasiyası 2019-cu il 16 dekabr tarixindən etibarən “Windows Phone 8.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün “Windows Phone Store” əlavələr mağazasının fəaliyyətini dayandıracaq.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, istifadəçilər yeni proqramlar və ya silinmişləri təkrar quraşdırmaq imkanından məhrum olacaqlar. Bundan başqa, mövcud əlavələr üçün yenilənmələrin buraxılmayacağı səbəbindən onların pis işləyəcəyi istisna olunmur.

Korporasiya nümayəndələrinin sözlərinə görə, “Windows Phone 8.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar və onlara quraşdırılan əlavələr dekabrın 16-dan sonra da işləyəcək, lakin buna baxmayaraq “Windows 10 Mobile” yenilənməsinin quraşdırılması tövsiyə edilir. Yenilənmə qeyd olunan modellər üçün nəzərdə tutulub: “Microsoft Lumia 430”, “Microsoft Lumia 435”, “Microsoft Lumia 532”, “Microsoft Lumia 535”, “Microsoft Lumia 540”, “Nokia Lumia 635” (1 giqabayt operativ yaddaşlı versiya), “Nokia Lumia 636”, “Nokia Lumia 638”, “Microsoft Lumia 640”, “Microsoft Lumia 640 XL”, “Nokia Lumia 730”, “Nokia Lumia 735”, “Nokia Lumia 830”, “Nokia Lumia 929”, “Nokia Lumia Icon”, “Nokia Lumia 930”, “Nokia Lumia 1520”.

Qeyd edək ki, “Windows 10 Mobile” əməliyyat sisteminin dəstəklənməsi dekabrın 10-da dayandırılacaq, lakin əlavələr mağazası işləməkdə davam edəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL