waplog

“Windows Defender” əvvəlki kimi dünyanın ən yaxşı antiviruslarından biridir


“AV-Comparatives” müstəqil laboratoriyasının məlumatına görə, “Windows Defender” əvvəlki kimi dünyanın ən yaxşı antiviruslarından biridir. Sözügedən antivirusun şəbəkədə müdafiə səviyyəsi 99,96% təşkil edib ki, bu da ona “AV-Comparatives” laboratoriyası tərəfindən araşdırılmış antivirus proqramlarının top onluğuna daxil olmasına imkan verib: “Windows Defender” antivirusu 10556 zərərverici proqram nümunəsindən 10552-ni müəyyənləşdirərək bloklayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, ancaq nəzərə almaq lazımdır ki, bir zərərverici proqram da fərdi kompüterə zərər vura bilər. Bu halda “Avast”, “AVG” və “Trend Micro” antivirus proqramının göstəriciləri təxminən 100%-dir.

 

Daha bir göstərici aşkar etmə səviyyəsidir. Məsələn, “AV-Comparatives”in ekspertləri antivirusları internetə çıxış olmadan virusları aşkar etmə qabiliyyətinə görə yoxlayırlar. Təəssüf ki, “Windows Defender” bu parametr üzrə 29,7% nəticə göstərib.

 

Sözügedən antivirusun “Panda Antivirus” (28,6%) və “Trend Micro”nu (20,9%) geridə qoymasına baxmayaraq, “Avast”a (97,4%) qarşı heç bir şansı yoxdur. İnternetə aktiv qoşulma zamanı aşkar etmə göstəricisi 76,3% olub, amma bu, nəticəsi 92%-i ötən başqa rəqiblərlə müqayisədə aşağı göstəricidir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL