waplog

Yeni poçt şöbələri istifadəyə veriləcək


Azərpoçt” MMC tərəfindən 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə verilir.

Müəssisədən verilən məlumatda bildirilir ki, əlamətdar gün münasibətilə hazırlanan tədbirlər planına uyğun olaraq Göyçay PF Ərəbçəbirli, Ləkçıplaq, Samux PF-nin Yenikənd, Poylu poçt şöbələri ən yeni avadanlıqlarla, mebel dəstləri ilə təmin edilməklə sakinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, bu gün “Azərpoçt” MMC nəhəng xidmət şəbəkəsinə malik olmaqla 1500-dən çox poçt şöbəsi vasitəsilə əhaliyə xidmət göstərir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL