waplog

Yeni qurğu kosmosda plastik tullantıları xammala çevirəcək


“Additive Manufacturing Facility” şirkəti Beynəlxalq Kosmik Stansiya üçün xüsusi aparat istifadəyə verib. Qurğunun başlıca vəzifəsi plastik tullantı və zibilin stansiyanın göyərtəsində quraşdırılan üçölçülü printer üçün xammala çevrilməsi olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, aparat yaradıcılarının sözlərinə görə, belə texnologiyalar bəşəriyyətə kosmosu mənimsəməkdə kömək etməklə Yer kürəsi resurslarından asılı olmayan dayanıqlı istehsal sistemləri yaratmağa imkan verəcək. Bu, həmçinin Yerdən gətirilən faydalı yüklərin çəkisinin azalmasına səbəb olacaq.

 

Göyərtəsində yeni qurğunun quraşdırıldığı “Northrop Grunman Cygnus” kosmik gəmisinin noyabrın 2-də orbitə çıxacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL