waplog

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “1-ci Robotexnika yarışması”nda ilk onluğa düşüb


27-31 oktyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində gənclər arasında "1-ci Robotexnika yarışması" keçirilib. Yarışlar 2 kateqoriya – "ROBOT SUMO" və "ROBOT FUTBOL" kateqoriyaları üzrə təşkil olunub.

 

Qeyd edək ki, "1-ci Robotexnika yarışması"nda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi və AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə hazırlanan komanda təmsil edib.

 

AREA-nın təsisçisi Rəhman Rəsulzadənin mentorluq etdiyi, AREA təlimçisi Emin Bayramov və Xəzər Universitetinin tələbəsi Məhəmməd Məmmədlidən ibarət komanda üzvləri "ROBOT SUMO" yarışı üzrə 18-23 yaş kateqoriyasında iştirak edib.

 

Qeyd edək ki, 100-dən çox ölkədən nümayəndənin qatıldığı yarışda Azərbaycan ilk dəfə olaraq təmsil olunub və 7-ci yerə çıxaraq ilk onluğa düşüb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL