waplog

Astronavtlara kömək məqsədilə robotlar hazırlanıb


“OffWorld” şirkəti tərəfindən işlənib hazırlanmış "ağıllı" robotlar astronavtlara kömək edəcəklər. Məlumat verilir ki, bu robotlar istənilən şəraitdə fəaliyyət göstərə, həmçinin bir sıra elmi məsələləri yerinə yetirə bilirlər, məişət işlərində faydalı ola bilərlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, hazırda şirkət artıq yerüstü robotların işlənib hazırlanması üçün müxtəlif sifarişlər alıb. Belə robotlar, məsələn, insan üçün təhlükəli hesab edilən işlərlə (məsələn, dağ-mədən işləri) məşğul ola bilərlər". Biz robotları şaxta, tikinti meydançası, tunel və başqa infrastruktur obyektlərində tətbiq etməklə onların bacarıqlarını təkmilləşdiririk" – “OffWorld” şirkətinin direktoru Cim Keraval deyib.

 

Keraval hesab edir ki, növbəti robot hazırlamaları NASA astronavtları üçün Ayın səthinə enməni nəzərdə tutan missiyada faydalı ola bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL