waplog

“TCL 100X6C” televizoru ucuz qiyməti ilə seçilir


Çinin "TCL" şirkəti (ucuz televizorlar və BlackBerry və Alcatel brendli telefonlar istehsalçısı) "100X6C" markalı nəhəng televizor nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, məlumata görə, diaqonal ölçüsü 100 düym təşkil edən yeni modelin ekranının təsvir ölçüsü "4K" (3840 × 2160 piksel) formatlıdır. Bundan başqa, baxış bucağı 178 dərəcə, yenilənmə tezliyi isə 120 giqahersdir.

 

Tətbiq edilən prosessorun tipi barədə məlumat verilməsə də, "ağıllı" televizorun 3 giqabaytlıq operativ yaddaş və 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilməsi qeyd olunur.

 

Bundan əlavə, panel "Dolby DTS" texnologiyasını dəstəkləyən 2.1 standartlı audiosistemə malikdir. Çıxış gücü 20 vatt təşkil edir. Həmçinin kompüter şəbəkəsinə qoşulmaq üçün "Wi-Fi" simsiz rabitə adapteri mövcuddur.

 

"TCL 100X6C" televizorunun qiyməti təqribən 11 400 dollara bərabərdir. Şəbəkə mənbələrinin məlumatına görə, bu, hazırda öz sinfində ən ucuz qurğudur. Müqayisə üçün qeyd edək ki, "8K" (7680 × 4320 piksel) formatlı 98 düymlük "Samsung QA98Q900RBJXXZ" və "Sony KD-98Z9G" televizorlarının qiyməti 70 min dolları ötür.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL