waplog

“HP”: “Google” və “Facebook” sərt disklərlə bağlı kömək istəyir


“Hewlett-Packard” şirkətinin baş direktoru Meq Uitman şirkətin son rüb ərzindəki maliyyə nəticələrinin açıqlanması zamanı bazarda sərt disklərlə bağlı çətinliklərin mövcudluğu faktını təsdiq edib.

Disk alıcılarının vəziyyəti daha pisdir, belə ki, diskləri 2 və ya 3 dəfə baha qiymətinə almaq məcburiyyətindədirlər. “Facebook” və ya “Google” kimi böyük internet-şirkətlərin də vəziyyəti yaxşı deyil.

Belə ki, xanım Uitmanın sözlərinə görə, son həftələr ərzində, həm “Google”, həm də “Facebook” “Hewlett-Packard” şirkətinə sərt disklərin satışı ilə bağlı müraciət ediblər.

Qeyd edək ki, sərt disk sahəsində olan problem sərt disklərin istehsalı üzrə zavodların kütləvi dayanması ilə bağlıdır. Buna səbəb Taylandda baş vermiş güclü daşqınlar olub, belə ki sərt disk istehsal edən zavodların 60%-i orda yerləşir.

“HP” şirkətinin rəhbəri qeyd edib ki, hələ ki şirkətdə lazımi sayda sərt disk var, lakin sərt disk sahəsində vəziyyət ağırdır, belə ki, istehsalçılardan heç biri tədarüklərlə bağlı problemlərdən sığortalanmayıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL