waplog

“Samsung” şirkəti “Google TV” platforması üçün televizor istehsal etməyi planlaşdırır


“Samsung” şirkəti “Google TV” interaktiv televiziya sisteminin dəstəklənməsi haqqında “Google” veb-korporasiyası ilə saziş bağlamağa yaxındır.

“Google TV” ənənəvi televiziya yayımını və interneti birləşdirir. Platforma televiziya ekranı vasitəsilə veb-axtarış vasitələrinə, həmçinin əyləncə, informasiya və digər şəbəkə resurslarına giriş imkanı yaradır.

“CES 2011” (Las-Veqas, Nevada, ABŞ) yanvar sərgisində “Samsunq” şirkəti “Google TV”-ni dəstəkləyən “Blu-ray” pleyerini təqdim edib, lakin qurğu istehsal edilməyib.

Hal-hazırda “Samsung” şirkətinin “Google TV” sistemi üçün yastı panelli televizorlar istehsal etməyi planlaşdırdığı bildirilir. Həmin televizorların bazara 2012-ci ildə çıxarılacağı gözlənilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL