waplog

Gündəlik tapşırıqların icrası üçün robotlar təqdim edilib


“Alphabet” holdinqinə aid olan “X” elmi tədqiqat laboratoriyası gündəlik tapşırıqların yerinə yetirilməsi üçün robotlar təqdim edib. Bu haqda “The Verge” yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, yeni robotların özəlliyi ondadır ki, mühəndislər müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün onlara alqoritm yazmayıblar. Qurğular dəyişən vəziyyətə uyğunlaşmaq üçün kamera və kompüter təlimi alqoritmlərindən istifadə edə bilərlər.

 

Məsələn, robotlar artıq zibili çeşidləməyi öyrəniblər. Bu halda səhvlər təxminən 5% təşkil edir, halbuki insanlar bu prosesin yerinə yetirilməsi zamanı ən azı 20% səhv əməliyyat edirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL