waplog

Dünyanın ən güclü smartfonlarının reytinqi yenilənib


Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu” xidməti yeni reytinqini dərc edib. Mütəxəssislər, həmçinin orta qiymət seqmentində ən güclü qurğuların siyahısını tərtib ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ən sürətli modellərin daxil edildiyi birinci reytinqdə 496 662 bal toplamış “ASUS ROG Phone 2” aparatı ilk pillədə qərarlaşıb. 482881 bal toplamış “OnePlus 7T” smartfonu ikinci, “OnePlus 7T Pro” isə üçüncü yerdə qərarlaşıb.

 

Orta qiymət seqmentində lider 283092 bal toplamış “Redmi Note 8 Pro” olub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL