waplog

Avropa İttifaqında akkumulyator texnologiyalarının inkişafına 3,2 milyard avro qoyulacaq


Avropa Komissiyası Avropa İttifaqının yeddi ölkəsinə akkumulyator texnologiyaları sahəsində tədqiqatların aparılması və innovasiyaların tətbiqi üçün 3,2 milyard avro məbləğində dövlət yardımının ayrılmasını təsdiq edib. Müvafiq işlər Belçika, Almaniya, İtaliya, Polşa, Finlandiya, Fransa və İsveçdə aparılacaq. 3,2 milyard avro məbləğində büdcə vəsaitləri ilə yanaşı, əlavə olaraq 5 milyard avro həcmində özəl investisiyaların ayrılacağı gözlənilir. Layihənin 2031-ci ildə tamamlanması nəzərdə tutulur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, Avropa Komissiyasının rəqabət məsələləri üzrə komissarı Marqret Vestagerin sözlərinə görə, Avropada akkumulyator batareyalarının istehsalı iqtisadiyyat və cəmiyyət üçün strateji əhəmiyyətə malik olmaqla energetika və mobil texnologiyaların potensialını həyata keçirməyə imkan verir və yeni iş yerlərinin yaradılmasını, inkişafın dayanıqlığını və rəqabət qabiliyyətinin artırılmasını təmin edir.

 

Yeni layihə batareyaların yaradılmasında xammalın hasilatı və emalı, müasir kimyəvi materialların istehsalı, enerji elementlərinin layihələndirilməsi, onların intellektual sistemlərə inteqrasiyası, eləcə də istifadə olunmuş batareyaların utilizasiyası və təkrar tətbiqi daxil olmaqla iddialı və riskli tədqiqat və işləmləri nəzərdə tutur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL