waplog

“Chrome” brauzerinin bazar payı üç aydır ardıcıl azalır


Qlobal brauzerlər bazarında "Chrome"un bazar payı üç aydır ardıcıl azalır. Bu barədə "StatCounter" xidməti məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, 2019-cu ilin noyabr ayının nəticəsinə görə, internetə çıxış üçün istifadə edilən fərdi kompüter və noutbukların 68,85%-də "Chrome" brauzeri quraşdırılıb. Bir ay əvvəl bu göstərici 68,91% idi. Brauzerin bazar payı avqustdan etibarən azalır, 2018-ci ilin noyabrında brauzerin bazar payı 72,38% olub.

 

2019-cu il noyabrın nəticəsinə görə, ən populyar brauzerlərin reytinqində ikinci yerdə 9,44% nəticə göstərmiş "Firefox" qərarlaşıb. "Safari" brauzeri (9,18%) üçüncü olub.

 

Qlobal brauzerlər bazarının 4,58%-i "Microsoft Edge"nin payına düşüb. "Microsoft" şirkəti öz məhsulunun göstəricisindən narazıdır və indi onu tamamilə yenidən işləməyə hazırlaşır. "EdgeHTML" mühərriki əvəzinə "Chromium"dan istifadəyə qərar verilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL