waplog

Britni Spirs Google rəhbərini geridə qoyub


Amerika müğənnisi Britni Spirs “Google+” sosial şəbəkəsində abunəçilərin sayına görə “Google” həmtəsisçisi Larri Peyci ötüb. Hal-hazırda Britni Spirs təxminən, 746 min istifadəçinin “əhatə dairə”sindədir. Bu isə Larri Peycin “əhatə dairə”si ilə müqayisədə təxminən 3 min çoxdur.

 

Üçüncü yerdə reper Snoop Dogg qərarlaşıb, onun 638 min abunəçisi var. “Facebook” sosial şəbəkəsində isə abunəçilərin sayına görə Eminem liderdir: onun 49 milyon pərəstişkarı var.

 

Lady Gaga bu sosial şəbəkədə 12,5 milyon abunəçi toplayıb. Lakin hələ ki nə Eminem, nə Lady Gaga “Google+” sosial şəbəkəsində yoxdurlar. Xatırladaq ki,  “Google” sosial şəbəkəsi iyul ayının 28-də istifadəyə verilib və hal-hazırda 40 milyon istifadəçisi var. “Facebook” sosial şəbəkəsində isə təxminən 800 milyon insan qeydiyyatdan keçib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL