waplog

“Samsung” şirkəti “microLED” displeylərin kütləvi istehsalına başlayacaq


“Samsung” şirkəti 2020-ci ildə “microLED” displeylərin kütləvi istehsalına başlamağı planlaşdırır. Bu barədə Cənubi Koreyanın “ETNews” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, “Samsung” şirkəti “microLED” texnologiyasını ilk dəfə 2018-ci ildə “CES” sərgisində “The Wall” adlı qurğu üzərində nümayiş etdirib. “microLED” ekranının hər pikseli ayrı-ayrı işıq diodlarından ibarətdir ki, bu da daha yaxşı baxış bucağını, yüksək parlaqlığı və kontrastlığı təmin edir. Bundan başqa, bu displeylər adi “LED” panelləri ilə müqayisədə daha az enerji sərf edirlər.

 

Məlumata görə, Cənubi Koreya istehsalçısı kütləvi istehsala başlamaqla bağlı tərəfdaşlarla danışıqlar aparır. Bundan əlavə, “Samsung” növbəti ilin birinci yarısında “microLED” ekranların yaradılması üzrə avadanlıq və zavodlara investisiya qoyuluşunu nəzərdə tutur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL