waplog

Las-Veqasda yeni uçan avtomobil modeli nümayiş etdirilib


7-10 yanvar tarixlərində Las-Veqasda (ABŞ) keçirilən Beynəlxalq Məişət Elektronikası (“Consumer Electronics Show”) sərgisində uçan avtomobilin tammiqyaslı modelini nümayiş etdiriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, nəqliyyat vasitəsi Cənubi Koreya istehsalçısı ilə birgə “Uber” şirkəti tərəfindən hazırlanıb. Avtomobil üfüqi, hətta şaquli vəziyyətdə uça biləcək, həmçinin havada qalacaq. Sözügedən avtomobil 4 sərnişin və pilot üçün nəzərdə tutulub. Gələcəkdə nəqliyyat vasitəsinin avtonom olacağı planlaşdırılır.
 
İstehsalçıların məlumatına görə, uçan avtomobil karbon qazının tullantılarını azaltmaq üçün tamamilə elektrik enerjisi ilə işləyəcək. Onun şarjı üçün təxminən 5-7 dəqiqə vaxt tələb olunur. Əks istiqamətlərdə fırlanan qanadlar sayəsində səs-küy səviyyəsi aşağı olacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL