waplog

“AzDataKom” şəbəkəsi genişləndirilir


Regionlarda “AzDataKom” şəbəkəsi informasiya texnologiyalarına çıxışı daha da asanlaşdırıb. Məlumat Hesablama Mərkəzinin direktor müavini Sahib Nəcəfovun bildirdiyinə görə, əsas idarəetmə mərkəzi Məlumat Hesablama Mərkəzində (MHM) quraşdırılmış şəbəkə bütün regionları əhatə edir.

 

“Bu şəbəkə informasiya texnologiyalarına çıxışı daha da asanlaşdırıb. Şəbəkənin səmərəsi bir qədər sonra daha aydın hiss olunacaq” .

 


“AzDataKom” istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər hansı ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin müəyyən zaman ərzində bir mərkəzdən idarə olunması üçün yüksək sürətli multiservis şəbəkəsinə malikdir.

 

“AzDataKom” verilənlər baza şəbəkəsinin yaradılması istiqamətində tam xidmətlər paketini özündə əks edərək, bununla da bir çox xidmətlərin yüksək səviyyədə təqdim edilməsinə zəmanət verir.
 

 

Qeyd edək ki, şəbəkənin yaradılmasında işlər əsasən Azərbaycan hökuməti və BMT-nin inkişaf proqramının birgə həyata keçirdiyi “Milli Elektron İdarəçilik Təşəbbüsü” layihəsi çərçivəsində yerinə yetirilir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL