waplog

Marsa göndərilən ən böyük aparat (VİDEO)


Amerikanın aerokosmik şöbəsi (NASA) noyabr ayının 26-da kosmodromdan daxilində “Mars Science Laboratory” laboratoriyası olan “Atlas V” raketini buraxıb. “Mars Science Laboratory” tərkibinə “Curiosity” marsaxodu daxildir.

 

“Curiosity” robotu Qırmızı planetə indiyə kimi göndərilmiş ən böyük aparatlardan biridir. Minik avtomobili ölçüsündə olan “Curiosity” robotu 2012-ci il avqust ayının 6-da Qeyla krateri ərazisində enməlidir. Robotun əsas missiyası 2 il üçün hesablanıb; əgər onun sistemində nasazlıq olmasa, robot daha uzun müddət işləyə biləcək.

 

“Curiosity” robotu daxilində 10 elmi cihazla Marsa göndərilib. Marsaxodun vəzifəsi Qırmızı planetin torpağını və daşlıq süxurlarını, həmçinin suyun olması izlərini axtarmaqdır. Alimlər Marsda həyatın olub-olmaması sualına cavab tapmağı nəzərdə tutublar.

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL