waplog

“IBM” kibertəhlükəsizliklə bağlı əsas problemləri açıqlayıb


“IBM” şirkəti son illərdə hakerlərin fəaliyyətindəki dəyişiklikləri qiymətləndirmək üçün “IBM X-Force Threat Intelligence Index 2020” adlı illik kibertəhdidlər  indeksini tərtib edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “IBM” kibertəhlükəsizlik sahəsində əsas problemlər kimi şirkətlər tərəfindən “bulud” sistemlərin səhv sazlanmasını, bank troyanları tərəfindən hücum məqsədilə istifadə edilən şifrləyici virusları, həmçinin fırıldaqçıların özlərini “Google” və “Apple” kimi nəhəng şirkətlərin adından istifadə etməsi hallarını qeyd edib.
 
Hesabata əsasən, 2019-cu ildə cinayətkarlar öz qurbanlarının sisteminə 60% halda müdaxilə etməyə nail olublar . Bu məsələdə hakerlərə əvvəllər oğurlanmış istifadəçi məlumatları və məlum boşluqlar kömək edib.
 
Məlumat üçün qeyd edək ki, hakerlər ötən il ərzində 8,5 milyard oğurlanmış istifadəçi məlumatlarından istifadə ediblər ki, bu da 2018-ci illə müqayisədə 200% daha çoxdur.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL