waplog

“Huawei” koronavirusdan müdafiə məqsədilə lifti uzaqdan idarə etmək üçün proqram hazırlayıb


"Huawei" şirkəti "Wanglong Intelligent" şirkəti ilə birgə lifti uzaq məsafədən idarə etmək üçün mobil proqram hazırlayıb. Bu proqram ictimai yerlərdə düymələrə toxunmamağa imkan verəcək ki, nəticədə koronavirusa yoluxmaq riski azalır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, proqram təminatı lifti çağırmağa və mərtəbəni seçməyə imkan verir. Proqram təminatı yalnız Çində işləyir.

 

Proqram təminatı iyunun 30-dək dövlət təşkilatları, həmçinin məktəblər üçün ödənişsiz yayılacaq.

 

Alimlərin son araşdırmasına görə, koronovirus kimi viruslar müxtəlif səthlərdə 9 saatadək aktiv qala bilirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL