waplog

“Windows 7”yə dəstəyin dayandırılması “Windows 10” sisteminin populyarlaşmasına kömək edir


Qlobal kompüter əməliyyat sistemləri bazarında “Windows 10” sisteminin bazar payı “Windows 7”yə dəstəyin dayandırılması səbəbindən artmağa davam edir. Dünyada 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin fəaliyyətini öyrənən “NetMarketShare” xidmətinin məlumatları bunu sübut edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin fikrincə, 2020-ci ilin yanvar ayında dünyadakı kompüterlərin 57.39%-i “Windows 10” sisteminin idarəetməsi altında işləyir. Bu müddətdə “Windows 7”nin bazar payı 25,56%-dən 25.2%-ə azalıb. Reytinqin üçüncü pilləsində qərarlaşmış “Windows 8.1” sisteminin bazar payı 3,48%-ə bərabər olub.

 

“Microsoft”un icraçı vitse-prezidenti və baş maliyyə direktoru Emi Hood daha əvvəl demişdi ki, “Windows 7”yə dəstəyin dayandırılması kompüterlərin yenilənməsinə və “Windows 10” əməliyyat sisteminin quraşdırılmasına səbəb olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL