waplog

Bill Qeyts “Microsoft”un rəhbərliyini tərk edib


“Microsoft” korporasiyasının qurucularından biri, amerikalı iş adamı Bill Qeyts xeyriyyəçiliyə daha çox vaxt ayırmaq üçün direktorlar şurasını tərk edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, korporasiyanın yaydığı açıqlamada deyilir ki, Bill Qeyts əvvəlki kimi “Microsoft”un baş direktorunun texniki məsələlər üzrə məsləhətçisi olmağa davam edəcək. Hazırda şirkətin direktoru Satya Nadelladır.

 

Xatırladaq ki, 2008-ci ilin iyunundan Bill Qeyts “Microsoft” şirkətinin işlərində öz iştirakını azaltmışdı. O, xanımı Melinda ilə qurduğu xeyriyyəçilik fonduna daha çox vaxt ayırmaq üçün belə qərar vermişdi.

 

1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilmiş “Microsoft” şirkəti müxtəlif qurğular üçün dünyanın ən böyük proqram təminatı istehsalçılarından biridir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL