waplog

“iPhone” sahiblərinə mini-qəzetləri çap etmək üçün printer


Londonun “Berg” studiyası mobil printer hazırlayıb. Bu printer qısa xəbər məlumatlarını kassa çekinə oxşar ensiz kağız vərəqində çap etməyə imkan verir. "Qəzet" üçün materialları printer internetdən götürür. Printer “Little Printer” adlanır. O, kub formasına malikdir və ovuca yerləşir.

 

Qurğu internetə “Wi-Fi” vasitəsilə qoşulur və onu “iPhone” və ya “Android” smartfonu vasitəsilə idarə etmək olar. Çap kassa aparatları və ödəmə terminallarında olduğu kimi həyata keçirilir.

 

İstehsalçılar printeri istehsal etməyi onunla izah edirlər ki, insanlara məlumatları kağız vərəqindən oxumaq smartfon ekranı ilə müqayisədə daha rahatdır. “Little Printer” qurğusuna ilkin sifarişlərin qəbulu 2012-ci ildə başlanacaq. Qurğunun qiyməti hələ bildirilmir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL